Məzənnə Bürclər Hava Qəzet Bölmələr
Siyasət İqtisadiyyat Cəmiyyət Dünya Müharibə İdman Mədəniyyət Qəzet Digər
İtkin və qərib ruhlar bir gün qovuşacaqlar

0

  •           “Xocalının səsi”
    qəzetinin fəaliyyət istiqamətlərindən biri də şəhid ailələri və əsirlik həyatı
    yaşamış sakinlərimizlə görüşlər təşkil etmək, onların yaşadıqları müsibətləri
    oxucularla bölüşmək və problemlərinin həllinə kömək olmaqdır. Bu məqsədlə
    Goranboy rayonu ərazisində salınmış Yeni Yaşayış massivində müvəqqəti məskunlaşmış
    Hüseynov Aleksandr Həsən oğlu (rus əsilli həkimin adı qoyulmuşdur, ancaq el
    arasında ona Şura deyirlər) ilə görüşümüz oldu. Şura dayı üçün danışmaq nə qədər
    çətin olsa da, ona suallar verdikcə dərdi dilə gəldi. İtkin övladlarının dərdi
    Şura kişinin vaxtsız-vədəsiz qocaldıb...

             Şura kişi 1941-ci ildə Xankəndində
    dünyaya göz açıb. Onun atası Böyük Vətən Müharibəsində həlak olmuşdur. 1947-ci
    ildə anası ailəni dolandırmaq üçün Xocalıya köç edib və orada fəhləlik etməyə
    başlayıb. Şura kişi 1968-ci ildə Xocalı sakini Diləzbər xanımla ailə həyatı
    qurub. Sovxozda traktorçu işləyən Şura kişi dördü oğul, biri qız olmaqla beş
    övlad böyüdüb. Xocalı soyqırımından övladlarının gənc və yeniyetmə yaşlarında
    tale yollarında ayrılıqlar olub. İntizarlı yolun o başında - doğma torpağın səmalarında ruhlar əzizlərinin yolunu gözləyir, yolun bəri başında isə xəyallar qanad açıb Xocalıya tərəf üz tutur. Bilinir ki, nə vaxtsa doğma ruhlar
    görüşə biləcək. Doğrusunu desəm, artıq ümidləri çoxdan üzülüb Şura dayının.
    Onunla danışarkən qorxa-qorxa, çəkinə-çəkinə itkin övladlarına Allahdan rəhmət
    dilədim. Özüm danşığıma bəraət vermək üçün fikirlərimə əlavə etdim ki, düşmən əlində
    yaşamaqdansa, ölmək yaxşı olar. Başını aşağı-yuxarı edərək “düzdür” – deyən ata
    taleyin acı qismətini çoxdan qəbul etmişdi və mənə övladlarının yaşamağına
    inamı qalmadığını bildirdi.

             Şura dayının böyük oğlu Elnur 1972-ci
    il təvəllüdlüdür. Xocalı soyqırımı axşamı o, evə gələrək ermənilərin
    yaxınlaşması xəbərini verdikdən sonra ailənin üzvləri məktəbə tərəf üz tutur.
    Ailənin yeganə qızı olan Rəsmiyyə, anasının xalaqızı Məxmər Hüseynovanın (Milli
    Qəhrəman Tofiq Hüsüynovun həyat yoldaşı) yanında qalırmış. Elnurdan balaca olan
    oğlu Emin bacısını da götürüb doğmaları ilə məktəbin qarşısında görüşmələri
    üçün vədələşirlər. Ancaq Hüseynovlar ailəsi nə qədər gözləsə də, Emin və Rəsmiyyə
    onların yanına gəlmir. Kətik dağı tərəfinə üz tutmağa məcbur olan ailə meşədə də
    onları görə bilmir. Ölümlü-itimli yollarla Ağdamın Şelli kəndinə özünü yetirən
    didərginlər taleyin oyununa boyun əyməli olurlar. Sonrakı vaxtlarda Emin və Rəsmiyyədən
    heç bir xəbər-ətər ala bilməyən ailə bu illərdə intizara, həsrətə məhkum olu. Bir ilə
    yaxındır həyat yoldaşını da itirən Şura dayı ömrünün son günlərində də olsa
    Xocalını görməyi, itkin düşmüş övladlarının ruhuna qovuşmağı arzulayır. 
    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.

    WhatsApp'dan göndər

    BölməÜmumi
    KateqoriyaDigər
    Yerləşdirdi
    Yerləşdirildi2 il öncə
    İzlənib53 dəfə
    İtkin qərib ruhlar bir gün qovuşacaqlar

    Maraqlı gələ bilər
    53
    11
    44